İsrail müdafiə naziri: Kim Əsədin yolu ilə getsə, sonu Əsəd kimi olacaq

10.12.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Mən Suriyadakı liderlərə xəbərdarlıq edirəm, kim Əsədin yolu ilə getsə, sonu da onun kimi olacaq.

APA İsrail mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri İsrael Katz ordunun hərbi-dəniz bazasını ziyarət edərkən deyib.

"Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin yolu ilə gedən hər kəs onun kimi olacaq", - nazir qeyd edib.

Katz bildirib ki, orduya sərhədlərdə silahdan və terror təhlükəsindən təmizlənmiş müdafiə zonası yaradılması ilə bağlı əmr verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью