İsrail Müdafiə Nazirliyi Qəzza sakinlərinə son təxliyə xəbərdarlığı edib

01.10.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail hakimiyyəti Qəzza sakinlərinə şəhəri tərk etmək üçün son şans verir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Bu, cənuba doğru hərəkət etmək və Qəzza şəhərində Həmas döyüşçülərini təcrid olunmuş vəziyyətdə qoymaq istəyən qəzzalılar üçün son fürsətdir”, - deyə nazir bildirib.
O, əlavə edib ki, Təl-Əviv yerdə qalan hər bir insanı terrorçu və ya onlarla əməkdaşlıq edən hesab edəcək.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью