İsrail Müdafiə Qüvvələri şimal müdafiəsi üçün bütün ehtiyat diviziyasını səfərbər edib

04.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 mart, AZƏRTAC

İsrail şimal sektorunda müdafiəni gücləndirmək məqsədilə ehtiyat diviziyasını qərbi Livan sərhədindəki missiya üçün işə salıb.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, diviziyanın briqadalarının ehtiyat qüvvələri bütün sektorlarda yerləşdirilib və İsrailin müdafiəsində mərkəzi rol oynayır.

Bildirilib ki, diviziya lazım olduqda sürətli reaksiya üçün səfərbər ediləcək. İsrail Müdafiə Qüvvələri, həmçinin bölgədə təhlükəsizlik və sabitliyin qorunması üçün hazırlığın artırıldığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью