“İsrail müharibəyə geri dönsə…” İran rəsmisi KONKRET

26.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“İsrail ABŞ Prezidentini təhrik edərək və ona yanlış məlumatlar verərək Amerikanı regionda saxlamağa və Amerika gücünün köməyi ilə öz məqsədlərini irəli aparmağa çalışır”. 

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam İnqilabi Mühafizləri Korpusunun sözçüsü Hüseyn Mühibbi danışıb.

O, daha sonra vurğulayıb ki, “Əgər İsrail müharibəyə geri dönsə və biz onlara diqqətimizi yönəltsək, başlarına nə cür fəlakət gələcəyini bilir”.

Qeyd edək ki, hazırda İran ərazisinə yalnız ABŞ hərbi hava qüvvələrinə məxsus döyüş maşınlarından hücum edilir. Dünən isə prezident Donald Tramp hücuma qısa ara verdiyini açıqlayıb. Buna səbəb isə İranla ehtimal olunan danışıqlarla bağlıdır. İran isə öz ampluasındadır və İsraili hədələməklə məşğuldur.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью