İsrail müharibəyə hazrılaşır Ehtiyatda olan hərbçilər orduya çağırıldı

05.05.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Qəzza zolağında əməliyyatları genişləndirən İsrail hökuməti minlərlə ehtiyatda olan hərbçini orduya çağırıb.

Bakupost.az İsrailin “Haaretz” qəzetinə istinadən xəbər verir ki, ehtiyatda olan hərbçilərə Qəzza zolağında xidmət etməklə bağlı bildirişlər göndərilib.

“Ehtiyat qüvvələrinin böyük əksəriyyəti şimal sərhədində və İordan çayının qərb sahilində xidmət edəcək, Qəzza zolağında əməliyyatları intensivləşdirmək üçün oradakı nizami qoşunları əvəz edəcək”, - deyə, məlumatda qeyd olunur.

Xəbərdə ehtiyatda olan bəzi zabitlərin Qəzzada döyüşə qatılmaq fikrində olmadıqlarını qeyd edilib.

Mayın 2-də İsrail ordusu Qəzzada əməliyyatları gücləndirmək planlarını baş nazir Benyamin Netanyahuya təqdim edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью