“İsrail müharibəyə son qoymasa, cavabımız acınacaqlı olacaq”

20.06.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

“Müharibəyə son qoymağın yeganə yolu İsrailin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır”.

Missiya.Az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian özünün “X” sosial media hesabında məlumat yayıb.

"Biz həmişə sülh və əmin-amanlığın tərəfdarı olmuşuq. Lakin indiki vəziyyətdə müharibəni dayandırmağın yeganə yolu düşmənin öz hücumlarını qeyd-şərtsiz dayandırması və sionist terrorçuların avantürizminə əbədi son qoyması üçün qəti zəmanət verməsidir. Əks halda, düşmənə cavablarımız daha acınacaqlı olacaq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью