Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin keçmiş baş naziri və əsas müxalifət lideri Yair Lapid Türkiyə və Qətərin Qəzzada yeni dövrdə rol oynamasına qarşı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o deyib: “Problem ondadır ki, elə bir nöqtəyə gəlib çatmışıq ki, Türkiyə və Qətər Qəzza zolağına nəzarət edir”.
İsrail dövlət televiziyası KAN-a müsahibə verən Lapid ABŞ Prezidenti Donald Trampın İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda elan etməyi planlaşdırdığı yeni siyasi təşəbbüsə münasibətini də açıqlayıb. O, Qəzza Sülh Komitəsinə istinad edərək bildirib: “Trampın BMT-yə alternativ yaratmaq cəhdlərini dəstəkləyirəm. Bu, nəzərdən keçirilməyə dəyər bir ideyadır”.
Türkiyə və Qətərin Qəzzada rol almasına etirazını bir daha vurğulayan Lapid bu vəziyyəti İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin “siyasi uğursuzluğu” kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az