Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İsrail müxalifətinin Demokratlar Partiyasının lideri Yair Golan Baş nazir Benyamin Netanyahunu hakimiyyəti ələ keçirmək üçün “çevriliş planlaşdırmaqda” ittiham edib.
Turkustan.az xəbər verir ki, Golan Netanyahunun təhlükəsizlik qurumlarından öz siyasi məqsədləri naminə istifadə etməyə çalışdığını iddia edib.
Müxalifət lideri Baş nazirin “panika vəziyyətində” olduğunu bildirərək onun hakimiyyəti zorla ələ keçirmək üçün çevriliş planı hazırladığını irəli sürüb.
Golan bu ittihamları ABŞ-ın “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada səsləndirib.
Aytən Yaşar/Turkustan.az