İsrail naziri: Suriyada kim Əsədin yolu ilə getsə, sonu da onun kimi olacaq

10.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Mən Suriyadakı liderlərə xəbərdarlıq edirəm: kim Əsədin yolu ilə getsə, sonu da onun kimi olacaq.
APA İsrail mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri İsrael Katz ordunun hərbi-dəniz bazasını ziyarət edərkən deyib.
"Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin yolu ilə gedən hər kəsin sonu onun kimi olacaq", - nazir qeyd edib.
Katz bildirib ki, orduya sərhədlərdə silahdan və terror təhlükəsindən təmizlənmiş müdafiə zonası yaradılması ilə bağlı əmr verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью