İsrail nümayəndələri Misirdə keçiriləcək Sülh sammiti nə qatılmayacaq

12.10.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail nümayəndələri Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək "Sülh sammiti"nə qatılmayacaq.

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan bildirib.

"İsrailin heç bir nümayəndəsi sammitdə iştirak etməyəcək", - o deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planına uyğun olaraq, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsin müzakirəsi üçün "Sülh sammiti" keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью