İsrail o qızı ölkədən çıxardı FOTO

10.06.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail dünyaca məşhur aktivist Qreta Tunberqi ölkədən çıxarıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Məlumata görə, İsrail tərəfi Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisini ötən gecə saxlayıb və heyəti göyərtədən çıxarıb. Sərnişinlərin arasında Qreta Tunberq də olub. Qayığa yerləşdirilən sərnişinlərə əvvəlcə sendiviç paylandığına dfair görüntülər yayılıb.

İyunun 10-u səhər saatlarında Qretanın İsraildən Fransaya uçan təyyarəyə mindirildiyi bildirilib və onun fotoları paylaşılıb. Aktivistin yanında heç kimin olmadığı və tək uçduğu deyilir.

Qeyd edək ki, gəmidə Türkiyə vətəndaşı da olub. Rəsmi Ankara onun ölkəyə qaytarılması üçün lazımı tədbirlərin görüldüyünü açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью