Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsraillə təhlükəsizlik razılaşması əldə etməyə çalışdıq, lakin o, öhdəliklərindən geri çəkildi.
Axar.az xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd əş-Şeybani deyib.
“Buna baxmayaraq, Dəməşq danışıqlar qapısını bağlamayıb və iki tərəf arasında gərginliyin azaldılmasına kömək edə biləcək bir razılaşma əldə etməkdə maraqlıdır. Real siyasi iradə olarsa, Suriya İsraillə danışıqları bərpa etməyə hazırdır”, - nazir bildirib.