İsrail onlara da sui qəsd etmək istəyib? “ABŞ bundan qorxurdu...”

03.07.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ administrasiyası aprel ayında başlayan atəşkəs danışıqları zamanı İsrailin iki İran liderini qətlə yetirəcəyindən qorxurdu.

“AzPolitika” xəbər verir ki, bu məlumatı “The New York Times” (NYT) öz mənbələrinə istinadla yayıb.

Söhbət Vaşinqton və Tehran arasında danışıqlarda İranı təmsil edən əsas iki fiqurdan - Abbas Əraqçi və Məhəmməd Qalibafdan gedir.

"Müharibənin əvvəlindən bəri İranın yüksək vəzifəli liderlərinə qarşı sui-qəsdlər İsrailin strategiyasının bir hissəsi olub. Lakin ABŞ-nin aprel ayında başlayan həssas atəşkəs danışıqları zamanı iki konkret İran rəsmisinin - Xarici İşlər naziri Abbas Əraqçi və Parlament sədri Məhəmməd Bağır Qalibafın öldürülməsi təhlükəsilə bağlı narahatlıqları kəskin şəkildə artıb", - deyə nəşr bildirir.

Hesab olunur ki, münaqişənin ən gərgin dövründə Əraqçi və Qalibaf İsrail tərəfindən İran rejimini dəyişdirmək məqsədilə “qanuni hədəf” kimi qəbul edilə bilərdilər.

Qəzetin məlumatına görə, aprel ayında ciddi danışıqlar başladıqdan sonra ABŞ belə bir sui-qəsd cəhdinin dialoqu pozacağından və hərbi əməliyyatların yenidən başlamasına səbəb olacağından qorxurdu.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью