Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusu 2023-cü ilin oktyabrından bu yana Qəzza, Livan, Suriya, İran və Yəməndə təxminən 100 min nöqtəyə zərbə endirdiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, İsrail ordusunun açıqlamasında son 3 ildə həyata keçirilən hücumlarla bağlı məlumatlar paylaşılıb.
Bildirilib ki, ən çox hədəf Qəzza zolağında olub. Burada 65 min, Livan və Suriyada 28 min, İranda 4 min 500, Yəməndə isə 80 nöqtəyə zərbə endirildiyi qeyd olunub. pizza sifarişi
Açıqlamaya görə, eyni dövrdə İsrailə Qəzzadan 10 min 200, Livandan 20 min, İrandan 1 200, Suriyadan 50, Yəməndən isə 80 raket və mərmi atıldığı iddia edilib.
İsrailin Qəzzaya 2023-cü ilin oktyabrından başlayan hücumları nəticəsində 74 mindən çox fələstinlinin öldüyü bildirilir. Onların böyük hissəsinin qadın və uşaqlar olduğu qeyd olunur.