İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib 350 evdə axtarış aparılıb

23.01.2026

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu dörd gün əvvəl girdiyi İordan çayının Qərb Sahlində yerləşən bəzi ərazilərdən geri çəkilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hərbçilər cənubda yerləşən Xevron rayonundan isə tamamilə çıxıblar.

Məlumata görə,  dörd günlük blokada, komendant saatı və müxtəlif qadağalardan sonra geri çəkilən hərbçilərin bu addımı bölgədə atəşfəşanlıqla qeyd olunub: "Fələstinlilər küçələrə çıxaraq bu anı bayrama çeviriblər..."

İsrailin "12-ci Kanal" televiziyası isə  ordunun Xevrondakı planlı hərbi əməliyyatını bitirdiyini açıqlayıb: "Plana əsasən, 350 evdə axtarış aparılıb, 14 terrorçi saxlanılıb"

Tahir Şəlvəli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью