İsrail ordusu 7 oktyabr hücumunun sonuncu girovunun meyitini Qəzzada tapıb

26.01.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumu zamanı girov götürülmüş Ran Qvilinin qalıqlarını Qəzzanın şimalında tapıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, Qəzza şəhərinin şərq hissəsində yerləşən qəbiristanlıqda aparılan axtarış tədbirləri nəticəsində baş çavuş Ran Qvilinin meyiti aşkar olunub.

Bildirilib ki, Ran Qvili HAMAS-ın 7 oktyabr 2023-cü il tarixli hücumundan sonra hələ qaytarılmamış sonuncu girov olub. Bununla da on ildən artıq müddətdən sonra ilk dəfə olaraq Qəzza zolağında heç bir İsrail girovu qalmayıb.

Knessetdə mediaya açıqlama verən İsrailin Baş naziri Benyamin Netanyahu Ran Qvilinin meyitinin qaytarılmasını İsrail üçün fövqəladə bir nailiyyət kimi qiymətləndirib.

“Biz söz vermişdik, mən də söz vermişdim ki, hamını geri qaytaracağıq və hamını son anda geri qaytardıq”, - Baş nazir vurğulayıb.

Qeyd edək ki, 24 yaşlı polis əməkdaşı Ran Qvili 7 oktyabr 2023-cü ildə HAMAS-ın hücumları zamanı İsrailin cənubunda yerləşən Alumim Kibbutzunu müdafiə edərkən həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью