İsrail ordusu ABŞ ın İrana zərbə endirə biləcəyinə hazırlaşır

28.01.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Müdafiə Ordusu (ÇAXAL) ABŞ-ın yaxın günlərdə İrana hərbi zərbə endirə biləcəyi ehtimalını nəzərə alaraq hazırlıq görür. Bu barədə ABŞ-ın The War Zone nəşri ÇAXAL-da yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Turkustan.az xəbər verir ki, mənbənin sözlərinə görə, Vaşinqtonun mövcud planları dəyişə bilər və prosesin taleyi “bir nəfərin qərarından” asılıdır. Qeyd olunur ki, bu ifadə ABŞ prezidenti Donald Trampa işarədir.

Məlumata əsasən, İsrail hakimiyyəti artıq xarici aviaşirkətləri xəbərdar edib ki, yanvarın 31-i və fevralın 1-də ölkə hava məkanında “yüksək risk səviyyəsi” yarana bilər. Bu xəbərdarlıq mümkün hərbi gərginlik fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, ABŞ-ın bu həftə ərzində İrana zərbə endirə biləcəyi barədə məlumatlar daha əvvəl Middle East Eye nəşrinin mənbələri tərəfindən də gündəmə gətirilmişdi. Regionda vəziyyətin sürətlə dəyişməsi ehtimalı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. /konkret.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью