İsrail ordusu Batı Şəriada 20 fələstinlini saxladı

21.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahillərinin müxtəlif bölgələrinə basqınları davam edir.

Bakıvaxtı.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Fələstin Əsir Cəmiyyəti və Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilənlər Komitəsinin birgə açıqlamasında qeyd olunur.

Məlumata görə, basqınlarda aralarında qadınlar və keçmiş məhbusların da olduğu 20 fələstinlini saxlanılıb.

İsrail əsgərlərinin fələstinli ailələrə pis rəftar etdiyi, evlərinə və yaşadıqları bölgələrdəki infrastruktur obyektlərinə ziyan vurduğu qeyd olunub.

Fələstin Qızıl Aypara Cəmiyyəti gənc fələstinlinin qarın nahiyəsindən vurulduğunu və xəstəxanaya aparılaraq müalicəyə alındığını açıqlayıb.

Hikmət Kərimov

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью