İsrail ordusu Beyrut ətrafına hava zərbələri endirib

17.11.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun ətrafına yeni zərbələr endirib.Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, növbəti hücumlar seriyasının hədəfləri yenə də Dahiya rayonunda yerləşən "Hizbullah” təşkilatının obyektləri olub.

Mülki tikililərin arasında qəsdən yerləşdirilmiş komanda məntəqələri və digər hərbi infrastruktur obyektləri bombardman edilib.

Zərbələr endirilməzdən əvvəl mülki şəxslərə ziyan vurulması riskini azaltmaq üçün "çoxsaylı tədbirlər” görülüb.


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью