Статья не опубликована
İsrail ordusu Beyrutdakı Hizbullah anbarına zərbə endirdiyini bildirib | Icma.az

İsrail ordusu Beyrutdakı Hizbullah anbarına zərbə endirdiyini bildirib

28.03.2025

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu noyabr ayında əldə edilən atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra ilk dəfə Beyrutun cənub kənarlarına iki böyük zərbə endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Hərbçilərin məlumatına görə, İsrail ordusunun vurduğu bina Livanın şiə Hizbullah hərəkatı tərəfindən pilotsuz uçuş aparatları (PUA) saxlamaq üçün istifadə edilib.

"The Times of Israel" xəbər verir ki , daha əvvəl Livandan İsrailin şimalına iki raket atılıb. Onlardan biri ələ keçirilib, digəri isə Livan ərazisinə düşüb.

Mövsüm

Aznews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью