İsrail ordusu bu ölkəni bombaladı

21.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq Livanın cənubunda sərhəddə yerləşən Nəbatiya qəsəbələrinə silsilə hava zərbələri endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat paylaşıb. Məlumata görə, İsrail döyüş təyyarələri ölkənin cənubunda intensiv uçuşlar həyata keçirir. İsrail döyüş təyyarələri ardıcıl hücumlarla Nəbatiyyə şəhərinin Arnun, Kafr Tebnin və Yahmur əş-Şikayf yaxınlığındakı əraziləri hədəfə alıb. İsrail ordusu Cizzin bölgəsində bir neçə məntəqəyə hava zərbələri endirib. Hücumlar nəticəsində dəyən maddi ziyan və insan tələfatı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl İsrail hava qüvvələrinin Livanın cənubundakı Sayda və Nəbatiyə şəhərlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью