İsrail ordusu buferzonada yeni hərbi birləşmələr yerləşdirməyə davam edir

09.12.2024

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail hərbçiləri bufer-zonada, Qolan təpələrində, Suriya ilə sərhəddə yeni hərbi birləşmələr yerləşdirməyə, eləcə də sərhəd istehkamlarını gücləndirməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vəziyyət qiymətləndirildikdən sonra sərhəd hərbi hissələrinin döyüş hazırlığının artırılması, həmçinin “Yeni Şərq” kimi tanınan sərhəd istehkamlarının gücləndirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, İsrail ordusu dünən Qolan təpələrindəki bufer-zonaya daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью