İsrail ordusu çəkiclə öldürülən israillinin qatilini zərərsizləşdirib

25.11.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu və təhlükəsizlik xidməti ötən il 38 yaşlı israilli Gideon Perrini öldürməkdə ittiham olunan Sultan əl-Qənini zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə İrail ordusu məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında aparılan müştərək əməliyyat nəticəsində qətllə əlaqədar 5 nəfər həbs olunub. Sonra isə əl-Qəninin gizləndiyi bina mühasirəyə alınıb. Atışma nəticəsində sözügedən şəxs öldürülüb.

Qeyd edək ki, 2024-cü il avqustun 18-də 38 yaşlı İsrail vətəndaşı Gideon Perri çəkicli hücumla öldürülmüş, onun odlu silahı və maşını oğurlanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью