İsrail ordusu Cənubi Livanın 5 məntəqəsində qalacaq | Icma.az
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cənubi Livandan geri çəkilən İsrail ordusu Livan ərazisində 5 mövqedə mövcud olmağa davam edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumatı İsrail Müdafiə Nazirliyinin prezidenti İsrael Katz təsdiqləyib.
“İsrail Müdafiə Qüvvələri bu gündən etibarən şimaldakı yaşayış məntəqələrinin mühafizəsini təmin etmək üçün Livandakı bufer zonada sərhəd boyunca beş keçid məntəqəsində qalacaq”, - deyə məlumatda bildirilib.
Katz vurğulayıb ki, İsrail ordusu “Hizbullaha qarşı tam güclə hərəkət etməyə davam edəcək”.
“Biz 7 oktyabr (2023) reallığına qayıtmağa imkan verməyəcəyik”, - deyə nazir qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu