İsrail ordusu çıxdı , Livanlılar evə qayıdır VİDEO

27.11.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İsrailin hücumları səbəbiylə məcburi köçkün olan yüz minlərlə livanlı bu səhər qüvvəyə minən atəşkəs razılaşmasından sonra evlərinə qayıtmaq üçün yola düşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, cənuba gedən yollarda sıx hərəkət olarkən, bölgədə 40 mindən çox evin sökülməsi səbəbindən yollara düşən livanlıların bir çoxu  yuvalarını yerində tapmayacaq.

Qeyd edək ki, 2023-cü ilin 8 oktyabrında İsrail ilə Hizbullah arasında başlayan toqquşmalar son aylarda müharibəyə çevrilib. Bu münaqişələr səbəbindən 5,3 milyon əhalisi olan Livanda təxminən 1,9 milyon insan məcburi köçkün olub.

Bu səhər, saat 05:00-da İsrail ilə Livan arasında atəşkəs qüvvəyə minib.

Nərmin
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью