İsrail ordusu da Dəməşqi vurdu: Əsədə köməyə gələn general öldü

04.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Suriyanın paytaxtı Dəməşq yaxınlığında bir avtomobilə endirdiyi hava zərbəsi nəticəsində Livan Hizbullahının Suriya ordusu ilə əlaqədən məsul olan yüksək rütbəli rəsmisi ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Livan Hizbullahının təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.

İsrail ordusundan hadisə ilə bağlı şərh verilməyib.

Qeyd edək ki, “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi nəzarətə alıb, Həmaya hücuma keçməsinə cavab olaraq Suriya rejimi İrandan kömək istəyib. İran isə İraq və Livandakı proksi qüvvələrini Əsədə köməyə göndərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью