İsrail ordusu daha 7 suriyalını öldürüb

27.08.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


İsrailin pilotsuz uçuş aparatlarının (PUA) Suriyanın paytaxtı Dəməşqin Qusvah bölgəsinə hücumu nəticəsində daha 6 suriyalı əsgər həlak olub.
Reyting.az
xəbər verir ki, Suriya dövlət televiziyası “Əl-İhbariyyə”nin məlumatına görə, dünən günorta saatlarında İsrailin pilotsuz təyyarələri Dəməşqin cənub-qərbində yerləşən Qusvahda Suriya ordusunun bir neçə mövqeyini hədəf alıb.
Dünən Quneytranın şimalındakı Tiranca kəndindəki evə hücum nəticəsində isə bir mülki şəxs həlak olub.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью