İsrail ordusu daha bir HƏMAS komandirini MƏHV ETDİ

11.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın yamac paraşütü bölməsinin rəhbərini zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail Müdafiə Qüvvələri yayıb.
Məlumata görə, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna havadan sızmasına rəhbərlik edən Salah Dahhamı öldürülüb.
Dahham Qəzzanın şimalındakı Cəbələ bölgəsində HƏMAS-ın yamac paraşütü bölməsinin rəhbəri vəzifəsində çalışıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью