İsrail ordusu daha bir hərbçisini itirdi

08.01.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatına qarşı döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) daha bir hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Nahal” briqadasının 20 yaşlı baş çavuşu Qəzzanın şimalında gedən döyüşdə həlak olub.
Bu məlumatları nəzərə alsaq, İsrail ordusunun sektorda və onun sərhədləri boyunca quru əməliyyatına başladığı vaxtdan bəri ölən İsrail hərbçilərinin sayı 398, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı ölən İsrail hərbçilərinin sayı isə 828 nəfərə çatıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью