İsrail ordusu daha iki səhra komandirini öldürdü

20.12.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu İordan çayının qərb sahilində iki səhra komandirini öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Tulkarmdakı terror şəbəkəsinin liderlərindən biri olan Tarek Duş, onunla yanaşı, terror şəbəkəsinin mühüm hərbi əməliyyatçısı Dossam Aufi və daha iki terrorçu da məhv edilib”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, Duş israillilərə qarşı terror aktları həyata keçirmək məqsədi ilə İran və Livan terrorçuları tərəfindən silahlanmış və maliyyələşdirilən çoxlu terrorçuları öz sıralarına cəlb edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью