İsrail ordusu Dəməşqdəki hərbi aerodroma hücum edib

10.12.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail qüvvələri Suriya paytaxtının cənub-qərbindəki Mezze bölgəsinə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi ərazidə yerləşən hərbi aerodrom olub.

Telekanalın məlumatına görə, obyektin girişindəki ərazi, həmçinin aerodromdakı təyyarələr və helikopterlər atəşə tutulub.

Hücumların nəticələri barədə məlumat verilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью