İsrail ordusu Dəməşqə doğru irəliləyir?

10.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail ordusu qoşunlarının Dəməşqə doğru irəlilədiyinə dair xəbərləri təkzib edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ərəbdilli sözçüsü Aviçay Adraee “X” platformasındakı paylaşımında bildirib.

O, qeyd edib ki, bəzi KİV-lərdə İsrail ordusunun qoşunlarının irəlilədiyi və ya Dəməşqə yaxınlaşması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır:

“İsrail ordusu yalnız Qolan təpələrində İsrail və Suriya sərhədində yerləşən bufer zonanın daxilində fəaliyyət göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью