İsrail ordusu Dəməşqə zərbə endirdi VİDEO

04.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücumu zamanı hava limanına ziyan dəyməyib.
Bizim.Media xəbər verir ki, “Əl Vatan” qəzetinin verdiyi məlumata görə, bunu Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur bildirib.
“Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, - deyə o bildirib.
Məlumata görə, İsrailin hücumu yerli vaxtla saat 17:18-də Dəməşq yaxınlığındakı Colan təpələrindən baş verib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью