İsrail ordusu Ənsər Allahın Yəməndəki hərbi obyektlərinə hava zərbələri endirib

19.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İsrail ordusu "Ənsar Allah" hərəkatının Yəməndəki hərbi obyektlərinə hava zərbələri endirdiyini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr kəşfiyyat və dəniz qüvvələrinin məlumatları əsasında Yəmənin qərb sahillərində və ərazisinin daxili hissəsində "Ənsar Allah"a məxsus hərbi hədəflərə zərbələr endirib", - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью