Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Yəhudeya və Samariyada yəhudi məskunlaşanların törətdiyi zorakılıqla mübarizə aparmaq üçün ordunun kifayət qədər resursa malik olmadığını bildirib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Zamir bu barədə Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında danışıb. O, mövcud imkanların və təhlükəsizlik tədbirlərinin genişləndirilməsinin vacibliyinə diqqət çəkib.
"Şin Bet" həmçinin bölgədə zorakılıq ocaqları hesab edilən 115 yaşayış məntəqəsi, qanunsuz post və ferma müəyyən edib. Onlardan 31-i son bir ildə yaradılıb.
İsrail ordusunun yüksək vəzifəli rəsmilərindən biri xəbərdarlıq edib ki, bu zorakılığın qarşısı vaxtında alınmasa, vəziyyət daha da ağırlaşacaq.