İsrail ordusu geri çəkilir

27.01.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


İsrail ordusu Qəzza zolağı sakinlərinin yerli vaxtla səhər saat 07:00-da cənubdan şimala keçə biləcəklərini açıqlayıb.
Reyting.az
xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee “X” hesabındakı paylaşımında fələstinlilərin Qəzza zolağının qərb sahilindəki Əl-Rəşid küçəsi ilə Netzarim dəhlizindən şimala piyada keçə biləcəklərini qeyd edib.
Adraee yazıb ki, yerli vaxtla saat 09:00-dan Səlahəddin küçəsi üzərindən nəzarəti keçdikdən sonra nəqliyyat vasitələri Qəzza zolağının şimalına doğru hərəkət edə biləcəklər.
Adraee əlavə edib ki, İsrail ordusu bufer zonaya doğru geri çəkiləcək.

ELÇİN

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью