İsrail Ordusu: HAMAS ın israilli girovların siyahısını təqdim etmədiyi üçün Qəzzaya zərbəl…
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
HAMAS atəşkəslə əlaqədar israilli girovları azad etməklə bağlı razılaşmaya əməl etmir.
APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb. Qeyd edilib ki, İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edəcək.
*** saat 10.41 Razılaşmaya əsasən yerli vaxtla saat 08.30-də Qəzza zolağında atəşkəs qüvvəyə minməli olsa da, hələ də HAMAS azad ediləcək israilli girovların siyahısını təqdim etməyib.
APA-nın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb. Bu gün HAMAS-ın 3 israilli qadın girovun siyahısını təqdim etməli idi.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Binyamin Netanyahu HAMAS-ın azad ediləcək girovların siyahısını təqdim etməyəcəyi halda atəşkəsin həyata keçirilməyəcəyini bəyan edib.
*** saat 10.30 Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma qüvvəyə minib.
APA-nın xəbərinə görə, İsrail və HAMAS arasında Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma yerli vaxtla saat 08:30-da qüvvəyə minib.
Tam oxu
Xəbəri oxu