İsrail ordusu: HAMAS ın təhvil verdiyi meyitlərdən biri heç bir girova aid deyil

15.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsrail ordusu HAMAS tərəfindən təhvil verilən 4 girovun meyitinin identifikasiya prosesini tamamlayıb.

APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, İsrail ordusu qaytarılan meyitlərdən birinin israilli girovlara məxsus olmadığını bildirib.

Digər üçünün isə şəxsiyyəti müəyyənləşdirilib və onların israilli girovlar olduğu məlum olub.

İsrail ordusu bütün girovların meyitlərini qaytarana kimi səylərini davam etdirəcəyini bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью