İsrail ordusu HƏMAS a zərbələr endirib

13.05.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS hərəkatının üzvlərinə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri Xan Yunisdəki Nasser Tibb Kompleksində yerləşən komanda-nəzarət mərkəzindən fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbələr endirib. Kompleks terrorçular tərəfindən İsrail əsgərləri və mülki şəxslərə qarşı terror aktları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib", - mətbuat xidməti bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью