İsrail Ordusu HƏMAS ın daha bir yüksək rütbəli üzvünü zərərsizləşdirdiyini açıqlayıb

16.04.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

HƏMAS-ın briqada komandirinin müavini, 2014-cü ildə törədilmiş terror aktının bilavasitə iştirakçısı olmuş Mahmud İbrahim Həsən Əbu-Hisira məhv edilib.

APA xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb. Onun eyni zamanda “Ən-Nuhba” qanadının üzvü olduğu və 2023-cü il, oktyabrın 7-də İsrailə hücum əməliyyatında iştirak etdiyi də müəyyən olunub.

İsrail Ordusunun ölkəyə yönələn təhlükənin qarşısını almaq üçün əməliyyatları davam etdirəcəyi açıqlanıb.

Qeyd edək ki, həmin il təqribən 150 nəfərədək HƏMAS silahlısı İsrailə hücum edərək, 47 nəfəri qətlə yetirib, 65 dinc sakini isə girov götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью