İsrail ordusu HƏMAS ın dörd komandirini öldürdüyünü açıqlayıb

18.08.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HƏMAS-ın mövqelərinə zərbələr endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzirə” telekanalı İsrail mediasına istinadən məlumat yayıb.

“Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HƏMAS liderlərini hədəf aldıq. Biz HƏMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HƏMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью