İsrail ordusu HƏMAS komandirini öldürdü

04.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

HƏMAS komandiri Həsən Fərhad İsrail ordusunun Livanın qərbindəki Sayda bölgəsinə endirdiyi hava zərbəsi zamanı ölüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Gecə saatlarında İsrail ordusu Sayda bölgəsini vuraraq, HƏMAS komandiri terrorçu Həsən Fərhanı məhv edib. Fərhad İsrail vətəndaşlarına və hərbçilərinə qarşı çoxsaylı terror aktları təşkil edib”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью