İsrail ordusu HƏMASın daha bir komandirini öldürdü

06.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

İsrail ordusu "HƏMAS" hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarı zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Əməliyyat zamanı "HƏMAS"ın Qəzza şəhərindəki hava bölməsinin rəisi və Qəzza zolağında "HƏMAS"ın hava hücumundan müdafiə bölməsinin komandiri Nidal Əl-Nəccar məhv edilib", - deyə qeyd olunub.

Bildirilib ki, Əl-Nəccar “müharibə boyu İsrail dövlətinə və Qəzzanın mərkəzində fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinə, o cümlədən partlayıcılarla dolu pilotsuz uçuş aparatlarınını vasitəsi ilə hücumların liderlərindən biri olub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью