İsrail ordusu Hizbullah ın obyektlərini vurub, 11 nəfər ölüb

15.08.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Müdafiə Ordusunun Livanın cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna endirdiyi zərbə nəticəsində 11 nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Livan mediasına istinadən məlumat yayıb.

Endirilən zərbələr nəticəsində Deyr-əz-Zəhrani şəhərində dörd, Ənsar şəhərində isə yeddi nəfər ölüb, üç nəfər yaralanıb.

Qəzet qeyd edib ki, İsrail Müdafiə Ordusu hələlik bu zərbəni şərh etməyib, lakin daha əvvəl İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq qruplaşmanın obyektlərinə zərbələr endirildiyini təsdiqləyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью