İsrail ordusu Hizbullah ın xüsusi təyinatlılarının düşərgəsini bombalayıb

15.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Livandakı hərbi düşərgələrinə zərbələr endirib.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, zərbə endirilən düşərgədə "Hizbullah"ın hərbi qanadının elit "Radvan" bölmələri təlim keçib. Eyni zamanda, burada silah anbarlarının yerləşdiyi müəyyən edilib.

İsrail tərəfi qeyd edib ki, "Hizbullah"ın Livan ərazisindəki fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью