İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

15.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

İsrail Müdafiə Qüvvələri ölkə ərazisinə atılmaq üçün hazırlanan, Hizbullah” hərəkatına məxsus 32 raketi məhv edib.

AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı "Hizbullah"ın silah şaxtası və istifadəyə hazır buraxılış qurğularının yer aldığı gizli anbarı aşkarlanıb.

Qeyd olunub ki, bu əməliyyat İsrail ordusunun Livanın cənubunda "Hizbullah"ın tunel şəbəkələrini və infrastrukturunu zərərsizləşdirmək istiqamətində həyata keçirdiyi genişmiqyaslı kampaniyanın tərkib hissəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью