İsrail Ordusu “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib

21.03.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Livan ərazisinin dərinliklərində və Livanın cənubundakı Bekaa vadisindəki “Hizbullah” hədəflərinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq və “Hizbullah”ın gücünü bərpa etmək cəhdinin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью