Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İordaniya ilə sərhəd zonasında iki pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidmətinin bəyanatında qeyd olunub.
"İsrail Müdafiə Qüvvələri İordaniya sərhədi yaxınlığında aşkar edilən iki pilotsuz uçuş aparatını vurub. PUA-lar İsrail sərhədini keçməyib", — deyə bildirib.
Hərbi idarədən bildirilib ki, "pilotsuz aparatların haradan buraxıldığı araşdırılır". "Protokola uyğun olaraq hava həyəcanı sirenləri işə düşməyib", — deyə mətbuat xidməti əlavə edib.
Məryəm Quliyeva