İsrail Ordusu: İrana qarşı əməliyyat bir neçə gün davam edəcək

13.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İsrail Müdafiə Qüvvələri (IDF) İslam Respublikasının nüvə proqramı və uzaqmənzilli raket imkanlarına qarşı başladığı hərbi əməliyyatın bir neçə gün davam edəcəyini gözləyir.
APA xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Məlumata görə, İsrail Ordusu bu gecə həyata keçirilən hava zərbələrinə cavab olaraq İrandan güclü cavab zərbəsi gözləyir.
“Əməliyyat başa çatdıqda, İran tərəfindən nüvə təhdidi olmayacaq”, - İsrail Müdafiə Qüvvələrinin rəsmiləri qeyd edir.

İsrail Ordusu bildirir ki, əməliyyat ABŞ-la koordinasiyalı şəkildə həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью