İsrail ordusu: İrana zərbələrdə 5 mindən çox döyüş sursatından istifadə edilib

04.03.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrandakı obyektlərə zərbələr zamanı 5 mindən çox döyüş sursatından istifadə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

"İsrail HHQ əməliyyat başlayandan bəri (28 fevraldan - red.) İrandakı obyektlərə 5 000-dən çox döyüş sursatı ilə zərbə endirib", - məlumatda bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub ki, İsrail HHQ İran ərazisində, xüsusilə Tehranda İsrail ordusunun hava üstünlüyünü genişləndirməyə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью